Con Lequizamo ''The Exorcist'' filminin aktyor heyətinə qoşulub. Rejissor Mayk Flanaqan həm ssenarini yazır, həm də filmi idarə edir və prodüserlik edir. Layihə klassik qorxu hekayəsinin yeni, qorxunc versiyasını təqdim edəcək və əvvəlki filmlərin davamı və ya remeyki deyil, “Exorcist” kainatında cərəyan edir. Skarlet Cohanson ana rolunda, Cakobi Cup isə onun oğlunu canlandırır, Lequizamonun isə antagonist (əks tərəf, düşmən) rolunda ola biləcəyi gözlənilir. Film ''Blumhouse-Atomic Monster'', ''Morgan Creek Entertainment'' və Flanaqan’ın ''Red Room Pictures'' şirkəti tərəfindən istehsal olunur.
Postxronika.az xəbər verir ki, Ceyson Blum və Rayn Turek ''Blumhouse-Atomic Monster'' üçün prodüser və icraçı prodüser kimi fəaliyyət göstərəcəklər. ''Universal Pictures'' filmi teatrda yayımlayacaq. Premyera tarixi 12 mart 2027-ci il olaraq müəyyənləşdirilib. Lequizamo son zamanlarda “Latin History for Morons” şousu ilə ''Tony'' mükafatına layiq görülüb və yaxın gələcəkdə "The Odyssey'' filmiylə də tamaşaçı qarşısına çıxacaq.