Naxçıvan istiqamətində yaranmış məhdudiyyətlərlə əlaqədar sərnişinlərin daşınması üçün yeni nəqliyyat planı hazırlanıb.

Postxronika.az “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, 5 mart 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı reysləri ləğv edildiyi üçün alternativ olaraq Bakı-İğdır-Bakı marşrutu üzrə uçuşlar təşkil olunub.

​Vətəndaşların İğdır aeroportundan Naxçıvana və əks istiqamətə rahat çatdırılması üçün xüsusi avtobus reysləri ayrılıb. Bu daşımalar Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcək.  

Sərnişinlərdən uçuşa ən azı 90 dəqiqə qalmış hava limanına gəlməyi, üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması  xahiş edilib. Hazırda vəziyyəti yaxından izləyən aviaşirkət təhlükəsizlik tədbirlərini gücləndirib və hər hansı dəyişiklik barədə operativ məlumat veriləcəyini bəyan edib.