İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir hərbi əməliyyatların nəticələri ilə bağlı yeni detallar açıqlayıb. O bildirib ki, şənbə günü əməliyyatların başlamasından bəri İsrail Hərbi Hava Qüvvələrinin pilotları 6000-dən çox sursatdan istifadə edərək təxminən 2500 hava hücumu həyata keçiriblər.
Postxronika.az xəbər verir ki, Eyal Zamirin sözlərinə görə, İsrail ordusu cəmi 24 saat ərzində Tehrana hava yolunu açaraq İranın hava hücumundan müdafiə sistemlərinin təxminən 80%-ni məhv edib və bununla da demək olar ki, tam hava üstünlüyünə nail olub.
Baş Qərargah rəisi həmçinin əlavə edib ki, həyata keçirilən əməliyyatlar nəticəsində İranın ballistik raket buraxıcılarının 60%-dən çoxu sıradan çıxarılıb.