Martın 5-də polis əməkdaşları tərəfindən respublika ərazisində cinayətkarlıqla mübarizə, qanunsuz silah saxlanması və narkotik dövriyyəsinə qarşı qətiyyətli tədbirlər həyata keçirilib. Nəticədə onlarla cinayət faktı aşkarlanıb və şübhəli şəxslər məsuliyyətə cəlb olunub.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, gün ərzində 54 yeni və əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin üstü açılıb. Keçirilən axtarış tədbirləri ilə ümumilikdə 152 nəfər, o cümlədən borclu şəxs qismində 112 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb, həmçinin itkin düşmüş 8 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatlar zamanı qanunsuz dövriyyədən 57,6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə (heroin, marixuana, tiryək, metamfetamin) və 1723 ədəd metadon həbi çıxarılıb. Eyni zamanda, qanunsuz saxlanılan 3 avtomat, 1 tapança, 1 qumbara, 12 tüfəng, 12 patron darağı və 583 patron aşkar edilərək götürülüb, cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 70 nəfər saxlanıldı.