İran rəhbərliyi yaranmış təhlükəsizlik təhdidləri fonunda ölkənin yeni Ali Liderinin seçilməsi prosesini müvəqqəti olaraq dayandırıb.
Postxronika.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu qərarla bağlı məlumatı iki iranlı rəsmi təsdiqləyib. Bildirilir ki, prosesin dondurulmasına əsas səbəb ABŞ və İsrail nümayəndələrinin gələcək rəhbərə qarşı ehtimal olunan hücum barədə xəbərdarlıq etməsi olub. Yaranmış vəziyyətlə əlaqədar rəsmi Tehran seçki prosedurunu hələlik təxirə salmağı məqsədəuyğun hesab edib.