İran parlamentinin sədri və SEPAH-ın keçmiş komandiri Məhəmməd Baqir Qalibaf ölkədəki müharibənin idarə olunmasını faktiki olaraq öz üzərinə götürüb. Bu barədə texnologiya fəalı və "Balatarin" portalının təsisçisi Mehdi Yəhyanəjad daxili mənbələrdən əldə etdiyi məlumatlara əsasən açıqlama verib.
Postxronika.az xəbər verir ki, yayılan iddialara görə, siyasətçi hazırda strateji qərarların qəbul edilməsində mərkəzi rol oynayır və siyasi-hərbi koordinasiyanın böyük bir qisminə nəzarət edir. Bildirilir ki, bu proseslər fonunda İranın silahlı qüvvələrinin komandanlıq zəncirində ciddi pozuntular qeydə alınıb. Belə ki, mərkəzi qərargahla bəzi əməliyyat bölmələri arasında əlaqənin tamamilə kəsildiyi vurğulanır.