"Real"ın baş məşqçisi Alvaro Arbeloa klubdakı gələcək məqsədləri barədə danışıb.
Postxronika.az xəbər verir ki, mütəxəssis rəsmi sayta açıqlamasında qarşıdakı çətin sınaqlarda və heyətdəki ehtimal olunan itkilərə rəğmən, qələbə qazanmaq üçün kifayət qədər güclü potensiala malik olduqlarını vurğulayıb. O, vəzifəsindəki son gününə qədər daha yaxşı oyun nümayiş etdirmək və komandanın iddialı mövqeyini qorumaq naminə mübarizə aparacağını bildirib. Qeyd edək ki, La Liqanın 27-ci turu çərçivəsində komanda bu gün "Selta Viqo" ilə qarşılaşacaq. Hazırda İspaniya çempionatının turnir cədvəlinə 64 xalla "Barselona" başçılıq edir, "Real" isə rəqibindən dörd xal geri qalaraq ikinci pillədə qərarlaşıb.