Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı keçirilən yüksək məxfi Milli Təhlükəsizlik Şurası iclasından detalların yayılmasını "faciə" adlandıraraq ciddi araşdırma aparılmasını tələb edib.

Postxronika.az xəbər verir ki, mətbuata sızan məlumatlarda Baş nazir Kir Starmerin Amerikanın İran hədəflərinə müdafiə zərbələri endirməsi üçün Birləşmiş Krallığın hərbi bazalarından istifadəsinə icazə vermək təklifinin bəzi kabinet üzvləri tərəfindən müqavimətlə qarşılandığı bildirilib. Hökumət təmsilçisi bu cür halların ölkə vətəndaşlarının həyatını təhlükəyə atdığını vurğulayaraq, kabinet daxilində parçalanma iddialarını rədd edib və komandanın tam birlik nümayiş etdirdiyini diqqətə çatdırıb. Bazar günü Tehranın Yaxın Şərqdəki qisas hücumlarından sonra müttəfiqlərin müdafiəsi məqsədilə sözügedən hərbi obyektlərin istifadəsinə yekun razılıq verilib. Məsələyə münasibət bildirən Kir Starmer isə Vaşinqtondan rəsmi sorğunun yalnız şənbə günü daxil olduğunu və müvafiq qərarın ABŞ rəhbərliyi ilə aparılan detallı müzakirələrdən sonra qəbul edildiyini açıqlayıb.