“Hex” adlı yeni sənədli film Norveçdə yaranmış qadın ''black metal'' qrupu ''Witch Club Satan''ın formalaşma hekayəsini izləyir. Film üç gənc norveçli – Nikoline, Viktoriya və Cohannanın əlaqə quraraq musiqi qrupu yaratmasından bəhs edir. Onlar musiqi alətlərində peşəkar olmasalar da, səhnə obrazları və radikal üslubları ilə qısa müddətdə diqqət çəkməyə başlayırlar. Qrup üzvləri üzlərini boyayıb səhnəyə çıxır və zamanla beynəlxalq festivallarda çıxış etməyə nail olur.


Postxronika.az xəbər verir ki, layihənin rejissoru və operatoru Maya Holanddır. Sənədli film cümə günü 'Thessaloniki Sənədli Film Festivalında beynəlxalq premyerasını edəcək, daha sonra isə Kopenhagen Beynəlxalq Sənədli Film Festivalında ''CPH:DOX'' proqramında nümayiş olunacaq.

Norveçdə əsasən kişilərin üstünlük təşkil etdiyi qaranlıq ''black metal'' səhnəsində qadınlardan ibarət bu qrup müxtəlif tənqid və çətinliklərlə üzləşir. Buna baxmayaraq, onlar feminist mövqelərini və səhnə enerjilərini nümayiş etdirərək musiqi dünyasında öz yerlərini möhkəmləndirməyə çalışırlar. Filmin prodüseri Mari Nilsen Neira, montajçıları isə Maya Holand və Hilde Bjørnstaddır. Sənədli filmdə səslənən bütün musiqilər ''Witch Club Satan'' qrupuna məxsusdur. Filmin beynəlxalq satış hüquqlarını ''Cat&Docs'' şirkəti idarə edir.