Prodüser Meqan Ellison rəhbərlik etdiyi ''Annapurna Pictures'' ilə film istehsalını yenidən genişləndirməyə hazırlaşır. Bir müddət sektordan uzaq qalan Ellison şirkətin fəaliyyətini canlandırmaq üçün yeni rəhbər heyət formalaşdırır. Məlumata görə, şirkətin əvvəlki əməkdaşları yenidən komandayа cəlb olunur və yaxın vaxtlarda əlavə təyinatların da ediləcəyi gözlənilir.


Postxronika.az xəbər verir ki, ''Annapurna''nın keçmiş əməkdaşları Çelsi Bernard və Mettyu Badmen şirkətə qayıdaraq film bölməsinin həmsədrləri təyin olunublar. Onlar daha əvvəl ''Her'', ''American Hustle'' və ''Zero Dark Thirty'' kimi layihələrdə iştirak ediblər. Yeni mərhələdə şirkətin əsas diqqəti rejissorlarla əməkdaşlığa və film istehsalına yönələcək.

Meqan Ellison 2010-cu illərin ortalarında müstəqil kino sahəsində fəal prodüser kimi tanınıbvə bir sıra tanınmış rejissorlarla işləyərək diqqət çəkib. Şirkət son illərdə əsasən video oyun sektorunda fəaliyyətini gücləndirsə də, indi yenidən kino sahəsinə fokuslanmağı planlaşdırır. Bu arada rejissor Olivia Uayldın ərsəyə gətirdiyi ''The Invite'' filmi ''Sundance Film Festival'' çərçivəsində ən çox müzakirə olunan satışlardan birinə çevrilib. Sənaye nümayəndələri Ellisonun dönüşünü müstəqil kino üçün mühüm addım kimi qiymətləndirirlər. Bununla belə, şirkətin gələcək layihələrə nə qədər büdcə ayıracağı hələlik açıqlanmayıb.