2026-cı il ''Athena Film Festival'' qadın liderliyinə həsr olunmuş filmləri mükafatlandırıb. ''Cutting Through Rocks'' sənədli filmi, rejissor Sara Xaki və Mohammadreza Eyni tərəfindən çəkilib və ''Jaya Award'' ilə təltif olunub. Bu mükafat ''Illumine Service Foundation'' ilə əməkdaşlıq çərçivəsində qadın liderliyini önə çıxaran filmə verilən məbləğ 10,000 dollardır.
Postxronika.az xəbər verir ki, festival çərçivəsində digər qaliblər də açıqlanıb. Sara Qoherin rejissorluq etdiyi ''Happy Birthday'' isə 25,000 dollar məbləğində ''Breakthrough Award''la təltif olunub. Bu mükafat ABŞ-də teatr nümayişi olmayan ilk və ya ikinci dəfə rejissorluq edən filmlərə verilir. Tamar Feinkind isə Chinonye Chukwu ''Emerging Writer Awardın sahibi olub. Bununla yanaşı, Reyçl Kakkesse STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) mövzulu qadın xarakteri əsas götürən ssenariyə görə "Athena List Development" mükafatına layiq görülüb.
Festival, Barnard Kolleci və ''Women and Hollywood''un əməkdaşlığı ilə qadın liderliyinə diqqət yetirir və martın 6-8-də Nyu Yorkdakı Barnard kampusunda keçiriləcək. Melissa Silverstein, ''Athena Film Festivalı''nın həmtəsisçisi və bədii rəhbəri, bildirib ki, qrantlar, təqaüdlər və mentorluq imkanları sayəsində filmlər daha geniş auditoriyaya çatdırılır. Festivalın bu il 70,000 dollar məbləğində mükafat verəcəyi qeyd olunub.