Azərbaycanın nəqliyyat infrastrukturunun əsas qollarından olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşıma sahəsində artım dinamikasını qoruyur.
Postxronika.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadla xəbər verir ki, bu ilin fevral ayı ərzində 874 mindən çox sərnişin daşınıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin sayının 25% artdığını göstərir.