"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı ilə əlaqədar sərnişinlərin bölgələr arası hərəkətini asanlaşdırmaq məqsədilə xüsusi reyslər təyin edib.
Postxronika.az xəbər verir ki, bayram günlərində — 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatarlar fəaliyyət göstərəcək.
Məlumata görə, qatar saat 07:15-də Gəncədən, 08:40-da isə Mingəçevirdən yola düşəcək.
Sərnişinlərə biletləri öncədən ADY-nin rəsmi saytı və ya mobil tətbiqi vasitəsilə əldə etmək tövsiyə olunur.