ABŞ mənbələrinə istinadən yayılan məlumatlara görə, Rusiya Yaxın Şərqdəki Amerika gəmi və təyyarələrinin koordinatları daxil olmaqla, mühüm hərbi informasiyaları İranla paylaşır. "Washington Post" nəşri bildirir ki, Tehranın geniş peyk şəbəkəsinə sahib olmaması Moskvanın bu dəstəyini xüsusilə dəyərli edir.

Postxronika.az xəbər verir ki, mütəxəssislər sözügedən informasiya mübadiləsinin genişmiqyaslı hücuma hazırlıq ola biləcəyini ehtimal edirlər. Qeyd edək ki, ABŞ-nin müdafiə naziri Pit Heqset bir müddət əvvəl Rusiya və Çinin mövcud münaqişədə heç bir rol oynamadığını iddia etmişdi. Lakin ortaya çıxan yeni faktların fonunda yalnız rəsmi Pekinin toqquşmalarda iştirakına dair hər hansı əlamət müşahidə olunmur.