İranın hərbi təcavüzünə məruz qalan Naxçıvanın Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial şəbəkələrdəki müraciəti böyük əks-səda doğurub. Gənc qız Güney Azərbaycandakı soydaşlarımıza və günahsız uşaq ölümlərinə qarşı çıxan qlobal ictimaiyyətə səslənərək, baş vermiş bu cinayətə biganə qalmamağı xahiş edib.

Postxronika.az xəbər verir ki, məktəblinin hücumun səbəblərini sorğuladığı bu həssas videoçıxışından sonra yerli qeyri-hökumət təşkilatları dərhal hərəkətə keçib. İctimai fəalların dəstəyi ilə virtual məkanda başladılan "#MənimSəsimOlun" (#BeMyVoice) kampaniyası vasitəsilə Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri rəsmi Tehrandan qeyd-şərtsiz üzr istəməsini və günahkarların qanun qarşısında cavab verməsini qətiyyətlə tələb edirlər.