Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı baş tutub. Söhbət zamanı liderlər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Postxronika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatına istinadən "Report" məlumat yayıb. Tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıb və vəziyyətin daha da gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

Söhbət əsnasında, həmçinin İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumlarına toxunulub və bu təxribatçı addımlar hər iki lider tərəfindən qətiyyətlə pislənilib.