İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçili Prezident İlham Əliyevə təşəkkür edib.
Postxronika.az "Report"a istinadla xəbər verir ki, səfir "Baku TV"yə müsahibəsində təşəkkürünü ifadə edib.
"Cənab Prezident bizim səfirliyə təşrif buyurub və xatirə dəftərinə ürək sözlərini yazıb" , - səfir deyib.
Müctəba Dəmirçilu bildirib ki, İran üçün çətin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İslam Respublikası ilə həmrəy olub.