Xətai rayonu ərazisində mənzillərin birindən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisində yaşayan qadın polisə müraciət edərək evindən 28 min manat pulun yoxa çıxdığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddət ərzində hissə-hissə talayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.