Martın 4-də metro stansiyalarının birində sərnişinə qarşı oğurluq hadisəsi baş verib. Belə ki, qatarda hərəkətdə olan qadın sərnişin polisə müraciət edərək çantasından içərisində sənədləri və bank kartları olan pul kisəsinin, eləcə də mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Postxronika.az xəbər verir ki, Metropolitendə Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.