Pit Dokter bildirib ki, ''Pixar'' studiyası 2025-ci ildə təqdim edilən ''Elio'' filmində bəzi LGBTQ elementlərini çıxarmaq qərarı verib. Onun sözlərinə görə, studiya ailə auditoriyasına yönəldilən filmlərdə valideynləri hazır olmadıqları mövzularla üz-üzə qoymaq istəməyib.


Postxronika.az xəbər verir ki, Dokter ''The Wall Street Journal'' nəşrinə müsahibəsində bu qərarın səbəbini izah edərkən “Biz film çəkirik, yüz milyonlarla dollarlıq terapiya deyil” ifadəsini işlədib. O bildirib ki, studiyanın əsas məqsədi filmlərin mümkün qədər geniş auditoriyaya xitab etməsidir.

Məlumata görə, filmi əvvəlcə rejissor Adrian Molina hazırlayırdı və əsas obrazın müəyyən dərəcədə ''özəl'' xüsusiyyətlərlə təsvir edilməsi planlaşdırılırdı. Lakin 2023-cü ildə keçirilən erkən nümayişdən sonra layihədə dəyişikliklər edilib və Molina filmi tərk edib. Sonradan rejissorluğu Madelin Şarafian və Domee Şi öz üzərinə götürüb. Film kinoteatrlarda zəif nəticə göstərərək ABŞ-də 20,8 milyon dollar, beynəlxalq bazarda isə 14 milyon dollar gəlir əldə edib və bu, studiyanın son illərdəki ən aşağı açılışlarından biri hesab olunur.