Paytaxtda velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi və mikromobilliyin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən daha 5 kəsişmədə işıqforlara yeni nəsil velosiped bölmələri quraşdırılıb.

Postxronika.az bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən xəbər verir. 

Velosiped bölmələri Nərimanov rayonu, Xətai prospektinin Əbdüləzəl Dəmirçizadə, Əhməd bəy Ağaoğlu, Əliağa Vahid və Neymət Quliyev küçələri ilə kəsişmələrində, həmçinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçıvani küçəsinin kəsişməsində quraşdırılıb.

Ümumilikdə bu kəsişmələrdəki işıqforlara 14 velosiped bölməsi əlavə edilib. LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin yollarda daha təhlükəsiz və rahat hərəkət etməsinə imkan yaradır.

Qeyd edək ki, indiyədək paytaxt yollarında yerləşən 54 yolayrıcındakı işıqforlara 136 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə işlər davam etdirilir.