"Qalatasaray" sabah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul"u qəbul edəcək. Bütün diqqətlər hollandiyalı ulduz Noa Lanqa yönəlib.

Postxronika.az xəbər verir ki, Okan Buruk komandanın hücum gücünü maksimum dərəcədə artırmaq üçün Noa Lanqı bu vacib matç üçün xüsusi olaraq hazırladığı məlum olub. Təcrübəli məşqçi derbidə Lanqı dincəltməklə ən yaxşı fiziki və zehni səviyyəsinə çatdırmağı hədəfləyir. Noa Lanqın fərdi bacarıqları və driblinq gücü ilə evdə "Liverpul" müdafiəsinə meydan oxuması gözlənilir.