Danimarkanın paytaxtı Kopenhagendə keçirilən ''CPH:DOX – Kopenhagen Beynəlxalq Sənədli Film Festivalı''nın 23-cü buraxılışı martın 11-də başlayacaq və martın 22-dək davam edəcək. Bu il festivalın altı əsas müsabiqə bölməsində ümumilikdə 74 sənədli film nümayiş olunacaq. Onların 53-ü dünya, 17-si isə beynəlxalq premyeradır.
Postxronika.az xəbər verir ki, festivalın bədii rəhbəri Niklas Enqstrøm, cari proqramım dünyanın müxtəlif regionlarında baş verən siyasi və sosial prosesləri əks etdirən filmləri bir araya gətirdiyini bildirib. Onun sözlərinə görə, tədbir süni intellektin təsiri, böyük texnologiya şirkətlərinin gücü, söz azadlığı, iqlim böhranı və demokratiyanın gələcəyi kimi mövzulara toxunan ekran işlərini təqdim edəcək. Proqramda həmçinin insan hüquqları, elm, incəsənət və müasir cəmiyyətə dair xüsusi bölmələr də yer alıb.
Enqstrøm vurğulayıb ki, festivalın əsas məqsədi sosial şəbəkələrdə yaranan “echo chamber” mühitindən fərqli olaraq geniş dialoq platforması yaratmaqdır. Onun fikrincə, sənədli kino yalnız film nümayişi ilə məhdudlaşmamalı, həm də müzakirələr və debatlar vasitəsilə real dünyadakı problemlərin anlaşılmasına töhfə verməlidir. Festival çərçivəsində panel müzakirələri və debatlar da təşkil ediləcək.