"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola dayaq yarımmüdafiəçisi Rodrini komandasının ən önəmli fiqurlarından biri kimi dəyərləndirir. İnsayder Nikolo Şiranın yaydığı məlumata əsasən, İngiltərə nəhəngi 29 yaşlı ispaniyalı ulduzla yollarını ayırmaq niyyətində deyil. Klub rəhbərliyi "Real Madrid"in bu transferdə maraqlı olması barədə gəzən şayiələrə rəğmən, gələcək heç bir təklifi nəzərdən keçirməyəcək.
Postxronika.az xəbər verir ki, istedadlı futbolçu 2019-cu ilin yayında təqribən 70 milyon avro qarşılığında "Atletiko Madrid"dən "şəhərlilər"in heyətinə qatılıb. İspaniyalı oyunçu cari mövsümdə Mançester təmsilçisinin formasını 24 rəsmi matçda geyinərək aktivinə iki qol yazdırmağı bacarı .