İranda Ali Rəhbərin dəyişməsi və Müctəba Xameneinin hakimiyyətə gəlişi fonunda İsrailin Kirmanşahı hədəf alması regionda gərginliyi pik həddə çatdırıb. Yeni rəhbərin "qisas" və "təslimiyyət" seçimi arasında qalması İranın gələcəyini sual altına qoyur.İranda baş verən hakimiyyət dəyişikliyi və ardınca gələn hərbi zərbələr Yaxın Şərqdə yeni bir mərhələnin başladığından xəbər verir. Müctəba Xameneninin atasının varisi kimi Ali Dini Rəhbər seçilməsi daxili auditoriyada müəyyən gözləntilər yaratsa da, beynəlxalq analitiklər bu dəyişikliyin Tehran üçün müsbət heç nə vəd etmədiyini düşünürlər.
Mövzu ilə bağlı əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət Postxronika.az-a açıqlamasında bildirib ki, Müctəba Xameneinin yeni Ali Dini Rəhbər seçilməsi, əlbəttə ki, İranın faydasına nəyisə dəyişən deyil.
"Ən azından ona görə ki, bu adam psixoloji olaraq atasının ölümünə görə qisas almaq istəyəcək. Qisas almaq istəməsə, bu, əlbəttə ki, böyük ayıb sayılacaq, yəni faktiki olaraq onun susqunluğu cəmiyyət tərəfindən düzgün anlaşıla bilməyəcək. Üstəlik də, o, dünyanın hər tərəfində qınaq obyektinə çevriləcək. Çünki atasının İsrail və Amerika Birləşmiş Ştatlarına qarşı müqavimət göstərərkən öldürülməsi fonunda onun Ali Dini Rəhbər seçilməsi atasının qisasını bir nömrəli məsələyə çevirir. Bu isə o deməkdir ki, əgər yeni rəhbər qisas uğrunda yola çıxacaqsa, İranı qarşıda çox böyük fəlakətlər gözləyir. Çünki onun qisas almaq istədiyi tərəflər — Amerika Birləşmiş Ştatları və İsrail — elə-belə tərəflər deyil ki, İranın Ali Dini Rəhbərliyi onların üzərinə belə rahatca gedə bilsin.Demək istədiyim odur ki, İranın xarici siyasətində gərginliklər nəinki davam edəcək, əksinə, daha da artacaq. Biz yaxın və hətta bir qədər uzaq perspektiv üçün İranda sabitlik gözləmirik.İsrailin zərbələrinə gəlincə, bu zərbələr onsuz da dayanmayıb, davam edirdi və edəcək də. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp da deyib ki, biz İrana daha ağır zərbələr vurmağa davam edəcəyik. Yəni bu, Ali Dini Rəhbərin seçilib-seçilməməsi ilə əlaqəli məsələ deyil. Bu, əvvəlcədən nəzərdə tutulan plan üzrə hərəkətdir və davam edir, davam da edəcək. Yəni İranın təslim olmaqdan başqa yolu yoxdur. Zatən Donald Tramp paylaşım edib, İranın tək yolunun təslim olmaq olduğunu yazmışdı; yəni bunu özünün sosial media hesabında qeyd etmişdi. Ona görə də mən düşünürəm ki, bu zərbələr davam edəcək. İranda kəşfiyyat boşluğu ümumiyyətlə var.Bu,təkcə hakimiyyət dəyişikliyi günündə deyil, həm ondan əvvəl olub, həm də bundan sonra olacaq. Yəni İran həqiqətən də başdan-ayağa Mossadın və Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin nəzarətindədir. Belə olmasaydı, ölkənin bir nömrəli şəxsini Amerika Birləşmiş Ştatları vurub öldürə bilməzdi. Ondan başqa, ayrı-ayrı liderləri, hətta müdafiə nazirini belə vurub öldürə bilməzdilər.
Onların belə rahat öldürülə bilməsi ondan xəbər verir ki, İranda kəşfiyyat məsələlərində ciddi boşluq var və o boşluğu da Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi doldurub. Hətta düşünürəm ki, yeni seçilmiş Ali Dini Rəhbərin yaxınlığında hazırda yüz faiz Mossad agentləri var,həm də bir nəfər deyil, bir neçə nəfər. Ona görə də onların xilas yolu demək olar ki, yoxdur. İran dəyişməlidir, onun başqa yolu yoxdur,mütləq dəyişməli, yenilənməli və 21-ci əsrlə ayaqlaşmalıdırlar. Başqa yolları qalmayıb gedə bilsin.
Demək istədiyim odur ki, İranın xarici siyasətində gərginliklər nəinki davam edəcək, əksinə, daha da artacaq. Biz yaxın və hətta bir qədər uzaq perspektiv üçün İranda sabitlik gözləmirik.İsrailin zərbələrinə gəlincə, bu zərbələr onsuz da dayanmayıb, davam edirdi və edəcək də. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp da deyib ki, biz İrana daha ağır zərbələr vurmağa davam edəcəyik. Yəni bu, Ali Dini Rəhbərin seçilib-seçilməməsi ilə əlaqəli məsələ deyil. Bu, əvvəlcədən nəzərdə tutulan plan üzrə hərəkətdir və davam edir, davam da edəcək. Yəni İranın təslim olmaqdan başqa yolu yoxdur. Zatən Donald Tramp paylaşım edib, İranın tək yolunun təslim olmaq olduğunu yazmışdı; yəni bunu özünün sosial media hesabında qeyd etmişdi. Ona görə də mən düşünürəm ki, bu zərbələr davam edəcək. İranda kəşfiyyat boşluğu ümumiyyətlə var.Bu,təkcə hakimiyyət dəyişikliyi günündə deyil, həm ondan əvvəl olub, həm də bundan sonra olacaq. Yəni İran həqiqətən də başdan-ayağa Mossadın və Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərinin nəzarətindədir. Belə olmasaydı, ölkənin bir nömrəli şəxsini Amerika Birləşmiş Ştatları vurub öldürə bilməzdi. Ondan başqa, ayrı-ayrı liderləri, hətta müdafiə nazirini belə vurub öldürə bilməzdilər.Onların belə rahat öldürülə bilməsi ondan xəbər verir ki, İranda kəşfiyyat məsələlərində ciddi boşluq var və o boşluğu da Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi doldurub. Hətta düşünürəm ki, yeni seçilmiş Ali Dini Rəhbərin yaxınlığında hazırda yüz faiz Mossad agentləri var, həm də bir nəfər deyil, bir neçə nəfər. Ona görə də onların xilas yolu demək olar ki, yoxdur. İran dəyişməlidir, onun başqa yolu yoxdur, mütləq dəyişməli, yenilənməli və 21-ci əsrlə ayaqlaşmalıdırlar. Başqa yolları qalmayıb".
Nurgül Yusifova