İranın qadınlardan ibarət milli futbol komandasının 5 üzvü Avstraliyada keçirilən Asiya Kuboku zamanı düşərgəni tərk edərək hüquq-mühafizə orqanlarına sığınıb. 

Postxronika.az  xəbər verir ki, futbolçular komanda rəsmilərindən qaçdıqdan sonra hazırda polisin himayəsində, təhlükəsiz şəraitdədirlər. Məlumata görə, idmançılar İrana qayıtmaqdan imtina edirlər və Avstraliya hökumətindən sığınacaq tələb edəcəkləri gözlənilir.

Eyni zamanda, azarkeşlər və fəallar qadın futbolçuların təhlükəsizliyinin qorunması və onların ölkələrinə geri deportasiya edilməməsi üçün Avstraliya rəsmilərini təcili hərəkətə keçməyə çağırırlar.