Yəmənin "Ənsarullah" (Husi) hərəkatının sözçüsü İranın yeni ali rəhbərinin seçilməsi münasibətilə rəsmi Tehranı təbrik edib.
Postxronika.az xəbər verir ki, bəyanatda bu seçimin Tehranın "Amerika-İsrail təcavüzü" qarşısındakı əzmini və inqilabın dayanıqlılığını nümayiş etdirdiyi vurğulanıb.
Qurum rəsmisi bildirib ki, İran öz təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Fələstini və bütövlükdə regionu xarici müdaxilələrdən mühafizə edir. İddiaya görə, bu səylər bölgənin sionizm ideologiyasının təsiri altına düşməməsinə, habelə "Şeytanın partiyası" və "Epşteynin şər qrupu" kimi təsvir edilən qüvvələrin nəzarətinə keçməməsinə xidmət edir.