İranın Müvəqqəti Rəhbərlik Şurası İslam Respublikasının yeni ali rəhbərinin rəsmi seçilməsindən sonra öz fəaliyyətinə xitam verib.
Postxronika.az-ın əldə etdiyi məlumata görə, bu barədə qurumun sözçüsü Təhan Nəzif rəsmi açıqlama yayıb. Eyni zamanda, yerli media orqanları yeni ali lider Müctəba Xameneinin Tehranda keçirilən andiçmə mərasimi barədə xəbərlər tirajlayır.
Xatırladaq ki, sözügedən qurum martın 1-də, əvvəlki rəhbərin vəfatından sonra ölkəni idarə etmək məqsədilə təsis edilmişdi. Onun tərkibinə prezident Məsud Pezeşkian, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və din xadimi Ayətullah Əlirza Ərafi daxil idi.