Martın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisində qeydə alınan 39 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin edilib. Bununla yanaşı, cinayət törətməkdə şübhəli bilinən 38 nəfər müəyyən edilərək saxlanılıb.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 20 fakt müəyyən edilib.

Bundan əlavə, martın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq ailələrinə təhvil verilib.