Martın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Bununla yanaşı, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 18 tüfəng, 2 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Postxronika.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, həmin gün keçirilən tədbirlərlə dələduzluğa görə axtarışda olan 8 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi və narkotik vasitələrə qarşı qətiyyətli mübarizə istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.