Lerik rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat təşkil olunub. Keçirilən tədbirlər nəticəsində narkotiklərin satışında və daşınmasında şübhəli bilinən 32 yaşlı Qələmşah Qədimov saxlanılıb. Onun üzərində və aidiyyəti üzrə baxış keçirilərkən külli miqdarda – 20 kiloqram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Postxronika.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, əməliyyat Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, Q.Qədimov əldə etdiyi narkotik vasitəni satışının təşkil olunması məqsədilə sonradan deyiləcək ünvanlara çatdırmalı imiş. Onun bu işi həyata keçirmək üçün hazırda istintaqla araşdırılan İran vətəndaşı ilə sövdələşdiyi məlum olub.