Türkiyə mehriban qonşuluq prinsiplərinə sadiq qalsa da, hava məkanının hər hansı formada pozulmasına qətiyyən yol verməyəcək.

Postxronika.az  Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının verdiyi bəyanatına istinadən xəbər verir ki, rəsmi Ankara öz sərhədlərini qorumaq iqtidarındadır və kənar müdaxilələr qəbuledilməzdir. Partiya rəhbəri Türkiyənin hər kəsin ixtiyari şəkildə raket buraxa biləcəyi bir dövlət olmadığını xüsusi vurğulayır.

O, həmçinin əlavə edib ki, artıq nə Türkiyə, nə də Azərbaycanın səmasında istiqamətini itirmiş və ya kursundan yayınmış heç bir uçuş aparatı görmək istəmirlər. Bununla da MHP lideri hər iki qardaş ölkənin təhlükəsizlik məsələlərindəki ortaq və qətiyyətli mövqeyini nümayiş etdirir.