Amerikalı tanınmış jurnalist Taker Karlson dövlətlərin təhlükəsizliyi və suverenliyinin qorunması ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib. O, kütləvi qırğın vasitələrinə malik olmağın ölkələri xarici müdaxilələrdən sığortaladığını vurğulayıb.
Postxronika.az xəbər verir ki, Karlson Şimali Koreya nümunəsini misal çəkərək, məhz nüvə potensialının mövcudluğunun kənar gücləri bu ölkədə iqtidar dəyişikliyinə cəhd etməkdən çəkindirdiyini bildirib. Siyasi şərhçi dövlətlərə çağırış edərək, çevriliş risklərindən qorunmaq üçün ən qısa zamanda analoji hərbi imkanlara yiyələnməyin vacibliyini qeyd edib. Jurnalistin fikrincə, belə silahları operativ şəkildə əldə etməyən ölkələr qaçılmaz olaraq mövcud hökumətlərinin zorla devrilməsi təhlükəsi ilə üzləşəcəklər.