Azərbaycanın İsraildəki səfirliyi martın 9-da İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olan şəxslə bağlı məlumat yayıb. Məlumata görə, hücum zamanı həyatını itirən Murtuzov Amid Əligüllah oğlu həm Azərbaycan, həm də İsrail vətəndaşı olub.

Postxronika.az  xəbər verir ki, ölümcül hadisə Yehud şəhəri ərazisində yerləşən tikinti sahələrinin birində baş verib. Səfirlikdən o da bildirilib ki, həlak olan A.Murtuzov İsrailin Petax Tikva şəhərinin sakini idi.

Qeyd olunub ki, Amid Murtuzov illər əvvəl ailəsi ilə birlikdə İsrailə miqrasiya edib və uzun müddət idi ki, bu ölkədə yaşayırdı.