Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında ölkəsinin Yaxın Şərqdə yardım müqabilində, ilk növbədə, yeni “Patriot” raketlərini alacağını gözlədiyini bildirib. 

Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı əsas olaraq hava hücumundan müdafiə sistemləri üçün çatışmayan PAC-2 və PAC-3 raketləri məsələsini qaldırdıqlarını vurğulayıb. O, Ukraynanın bütün dron istehsalını maliyyələşdirmək üçün kifayət qədər vəsaitinin olmadığını qeyd edərək, bu səbəbdən amerikalı tərəfdaşlarına tutucu dronlarla bağlı saziş təklif etdiklərini xatırladıb. 

Zelenski əlavə edib ki, ABŞ mütəxəssisləri Ukraynanın “Şahed” dronlarına qarşı mübarizədəki təcrübəsinin effektivliyini tam qəbul edirlər.