ABŞ və İsrailin İrana qarşı hərbi addımları, həmçinin regionda yaranmış son vəziyyət Türkiyə Böyük Millət Məclisinin (TBMM) qapalı iclasında geniş təhlil edilib.
Postxronika.az “Oxu.az” a istinadən xəbər verir ki, parlament sədri Numan Kurtulmuşun rəhbərliyi ilə keçən iclas dörd saata yaxın davam edib.
Toplantıda xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər çıxış edərək deputatları mövcud durum barədə məlumatlandırıblar. Nazirlərin məruzəsindən sonra parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri və digər millət vəkilləri öz mövqelərini diqqətə çatdırıblar. Sonda parlament sədrinin müavini Pervin Buldan növbəti iclasın sabah saat 14:00-a təyin edildiyini açıqlayıb.