İsrailin Beyruta zərbəsi: 4 İran diplomatı həlak oldu
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində dörd İran diplomatı həyatını itirib. İnsident martın 8-i səhər saatlarında baş verib.
Postxronika.az xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
Missiyanın açıqlamasına görə, ölümcül zərbə diplomatların müvəqqəti olaraq məskunlaşdığı hotelə endirilib.
İran tərəfi həmçinin vurğulayıb ki, həlak olan diplomatlar Livan ərazisində öz dövlətlərinin rəsmi nümayəndələri kimi xidməti vəzifələrini yerinə yetiriblər.