Kolman Dominqo yaxınlaşan Maykl Cekson biopiki ilə bağlı Paris Ceksonun tənqidlərinə münasibət bildirib. ''Euphoria'' serialının aktyoru, filmdə Michael Jackson ailəsinin başçısı olan Co Cekson rolunu canlandırır.
Postxronika.az xəbər verir ki, Paris keçən il filmdə iştirak etmədiyini və ilkin ssenarini oxuduqdan sonra fikirlərini bildirdiyini qeyd etmişdi. Dominqo isə ''WSJ Magazine'' ilə müsahibəsində onun sözlərinin kontekstdən çıxarıldığını və ''People'' jurnalına verdiyi açıqlamanın yanlış təqdim olunduğunu bildirib. Aktyor həmçinin Parisə ''Instagram'' vasitəsilə mesaj göndərdiyini və Parisin bu mesaja ürək işarəsi ilə cavab verdiyini açıqlayıb.