İran rəsmi olaraq ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il FİFA Dünya Kubokunda iştirak etməyəcəyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, İranın idman naziri Əhməd Donyamali dövlət televiziyasında ölkəsinin heç bir halda turnirdə iştirak etməyəcəyini açıqlayıb. Nazir qərarın səbəbini "Çünki bu korrupsiyalaşmış rejim liderimizə sui-qəsd cəhdi edib" deyərək izah edib. Bəyanatda ABŞ-ın İrana hücumlarının və Ali Lider Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd cəhdinin bu qərarın əsas səbəbləri olduğu vurğulanıb.