İranın yeni ali rəhbəri Müctəba Xamenei fevralın 28-də ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Tehranın mərkəzinə endirdiyi aviazərbələr nəticəsində ağır yaralanıb. Bombardman zamanı onun atası Ayətullah Əli Xamenei, eləcə də həyat yoldaşı və oğlu da daxil olmaqla ümumilikdə altı ailə üzvü həlak olub. Müxtəlif bədən xəsarətləri alan 56 yaşlı dini liderin hazırda xəstəxanada müalicə aldığı və səhhətinə görə ictimaiyyət qarşısına çıxa bilmədiyi bildirilir.

Postxronika.az xəbər verir ki, "The Guardian" nəşrinə müsahibə verən İranın Kiprdəki səfiri Əlireza Salarian yuxarıda qeyd olunan məlumatları təsdiqləyib. Diplomat açıqlamasında həmçinin, Böyük Britaniyanın Kiprdəki "Akrotiri" hərbi bazasına edilən dron hücumlarında Tehranın iştirakını təkzib edərək, təxribatın bölgədəki müstəqil qruplaşmalar və ya İsrail tərəfindən törədilə biləcəyini iddia edib.