Çempionlar Liqasının 1/8 final mərhələsində "Real" öz meydanında "Mançester Siti"ni qonaq etdi. Oyuna sürətli başlayan tərəf "kral klubu" oldu. Oyunun 20-ci dəqiqəsində Tibo Kurtuanın mükəmməl ötürməsini qola çevirən Federiko Valverde "blankos"u hesabda 1:0 önə keçirdi. 


27-ci dəqiqə Gigi Donnaruma ilə bir daha üzləşən uruqvaylı yarımmüdafiəçi özünün və klubunun 2-ci qolunu vurdu.


Matçın 42-ci dəqiqəsində Brahim Diazın ötürməsində "şəhərlilər"in qapısına 3-cü dəfə qol vuran kapitan het-trikə imza atdı. 


Matçın qalan dəqiqələrində qonaq komanda güclü presinq etsə də hesab dəyişməz olaraq qaldı. Madrid "Real"ı İngiltərə səfərinə böyük üstünlüklə yollandı.


Qeyd edək ki, bu iki komanda arasında cari mövsümdə baş tutmuş ikinci oyundur. Çempionlar Liqasının liqa mərhələsində yenə "Santiyaqo Bernabau"da keçirilmiş görüşün yekun nəticəsində "Mançester Siti" ispanyolları 1-2 hesabı ilə məğlub etmişdi. 


Cavab oyunu Bakı vaxtı ilə 18 mart 00:00-da İngiltərədə olacaq.


Hüseyn Rəşadoğlu