"Barselona"nın gənc hücumçusu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalında "Nyukasl"la (1:1) ilk görüşün 90+6-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirdi. Bununla da 18 yaşlı istedad cari futbol ilində klubunun heyətində fərqləndiyi epizodların sayını 20-yə çatdırdı. Kataloniya təmsilçisində hər hansı bir ispaniyalı oyunçunun bir mövsümdə bu göstəriciyə nail olması sonuncu dəfə 15 il əvvəl – 2010/2011 mövsümündə 23 dəfə rəqib qapılarına yol tapan David Vilyanın ifasında qeydə alındı.
Postxronika.az xəbər verir ki, arxada qalan müddətdə bütün turnirlərdə 37 matça çıxan vinger məhsuldarlığını 16 həlledici ötürmə ilə də zənginləşdirdi. "Transfermarkt" portalının məlumatına əsasən, o, "Real"ın ulduzu Kilian Mbappe və "Mançester Siti"nin forvardı Erlinq Halandla yanaşı dünyanın ən bahalı idmançısı statusunu qazandı. Adı çəkilən hər üç futbolçunun fərdi transfer qiyməti 200 milyon avro məbləğində müəyyənləşdirildi.