Ədliyyə Nazirliyi, yeni seçilmiş bələdiyyə üzvləri və sədrlərinin peşəkarlığını artırmaq, fəaliyyətlərini təkmilləşdirmək və işlərinin qanunvericiliyə uyğun, səmərəli qurulmasını təmin etmək məqsədilə seminar-müşavirələr keçirməyə davam edir.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, növbəti tədbirlər Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan olan yeni seçilmiş bələdiyyə nümayəndələri üçün təşkil olunub.
Seminar-müşavirələrdə bələdiyyə fəaliyyətinin hüquqi əsasları, bələdiyyə üzvünün və sədrinin statusu, hüquq və vəzifələri, bələdiyyə orqanlarının işinin təşkili, bələdiyyə mülkiyyətinin idarə edilməsi, maliyyə-təsərrüfat fəaliyyəti, bələdiyyə seçkilərinin keçirilməsi, bələdiyyə qərarlarından şikayət edilməsi qaydaları və korrupsiyaya qarşı mübarizə məsələləri ətraflı müzakirə edilib.
Tədbirlərdə bələdiyyələrin qanunauygundur və səmərəli fəaliyyətinin təmin olunmasında bu cür təlimlərin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, analoji seminar-müşavirələrin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.