Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Postxronika.az bu barədə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.
Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.
Qeyd edilib ki, sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.