İraqdakı silahlı şiə qruplarını birləşdirən "İraq İslami Müqaviməti" təşkilatı ABŞ-yə məxsus KC-135 tipli yanacaq doldurma təyyarəsini vurduğunu iddia edib.

Postxronika.az xəbər verir ki, qruplaşma "Telegram" üzərindən yaydığı bəyanatda hava gəmisinin məhz onların müdafiə sistemləri tərəfindən hədəf alındığını və nəticədə qəzanın baş verdiyini irəli sürüb. Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisənin hər hansı xarici müdaxilə olmadan texniki səbəblərdən baş verdiyini açıqlayıb.

​Rəsmi Vaşinqtonun məlumatına görə, "Epic Fury" əməliyyatı çərçivəsində dost hava məkanında uçuş həyata keçirən iki təyyarədən biri ölkənin qərbində qəzaya uğrayıb. Digər hava nəqliyyatı təhlükəsiz şəkildə eniş etdiyi halda, qəzaya uğrayan gəmi ilə bağlı xilasetmə işləri dərhal başladılıb.

Komandanlıq baş verənlərin nə düşmən, nə də dost atəşi nəticəsində yaranmadığını xüsusi vurğulayaraq, hadisənin təfərrüatlarının araşdırıldığını bildirib.