İngiltərənin "Arsenal" klubu "RB Leypsiq"in mərkəz müdafiəçisi Kastello Lukebanı heyətinə qatmaq üçün rəsmi danışıqlara start verib.

Postxronika.az xəbər verir ki, London təmsilçisinin skautları 21 yaşlı fransalı istedadı Almaniya Bundesliqasının son turlarında yaxından izləyib. Alman klubu gənc oyunçunun transferi müqabilində təxminən 60-70 milyon avro təzminat tələb edir.

Karyerasını Premyer Liqa və ya La Liqada davam etdirmək istəyən müdafiəçinin hazırkı komandası ilə 2029-cu ilə qədər müqaviləsi mövcuddur. Bu mövsüm 23 qarşılaşmada meydana çıxan futbolçu stabil çıxışı ilə Avropanın nəhəng klublarının diqqətini çəkməyi bacarıb. Transferin yaxın aylarda rəsmiləşəcəyi və Lukebanın karyerasında yeni səhifə açacağı gözlənilir.