Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Yeni qərara əsasən, ölkə ərazisində elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı ilə bağlı ciddi məhdudiyyətlər və maliyyə sanksiyaları müəyyənləşdirilib. Sözügedən qanun 2026-cı il aprelin 1-dən etibarən qüvvəyə minəcək.

Postxronika.az xəbər verir ki, qanunvericiliklə qadağan edilmiş ictimai yerlərdə və küçələrdə elektron siqaretlərdən istifadə edən şəxslər 30 manat məbləğində cərimələnəcəklər. Bununla yanaşı, elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı (həmçinin satış məqsədilə saxlanılması) xətasına görə həmin mallar birbaşa müsadirə ediləcək.

Bu qaydaları pozanları aşağıdakı məbləğlərdə sərt cərimələr gözləyir:

Fiziki şəxslər üçün: 350 manatdan 500 manatadək

Vəzifəli şəxslər üçün: 1650 manatdan 2200 manatadək

Hüquqi şəxslər üçün: 4000 manatdan 5000 manatadək