Martın 14-də saat 02 radələrində paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verib. Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hazırda polis əməkdaşları tərəfindən əraziyə nəzarət tam təmin edilib və müvafiq təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, binada baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər hazırda davam etdirilir.