Binəqədi və Qaradağ rayonlarında market və bank kartından oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Postxronika.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən mağazaların birindən oğurluq edən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı S.Aydınov saxlanılıb.
Məlum olub ki, o, mağazanı müşahidə edərək açılma və bağlanma vaxtlarını dəqiqləşdirib. Gecə saatlarında qapını sındıraraq içəri daxil olan şəxs nağd pul, bank kartları, tütün məmulatı və digər dəyərli malları talayıb, icarədara 2075 manat maddi zərər vurub.
Qaradağ rayonuda keçirilən tədbir zamanı isə bank kartından 800 manat oğurlamaqda şübhəli bilinən 23 yaşlı Ə.İsmayılov da saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.