"Qalatasaray" qarşıdakı mövsüm üçün heyətini planlaşdırmağa başlayıb. Bu kontekstdə "Sarı-qırmızılar" gözlənilməz bir ad üçün təklif verib.

Postxronika.az xəbər verir ki, "Qalatasaray" yay transfer pəncərəsi üçün yarımmüdafiə xəttini gücləndirmək səylərini sürətləndirib. "Sarı-qırmızılar" Bruno Zapelli üçün Braziliyanın "Athletico Paranaense" klubuna rəsmi təklif göndərib. Braziliya mətbuatında yer alan xəbərlərə görə, 23 yaşlı argentinalı futbolçunun 10 nömrəli transferi üçün təklif kluba bu yaxınlarda çatıb.